Receb Tayyib Erdoğanın maşın karvanına silahlı hücum baş verib
27 Sentyabr 2013 Cümə 10:39
Baş nazir Receb Tayyib Erdoğanın avtomobil karvanını qoruyan polislere ateş açılıb.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanının İstanbulda Mustafa Kamal körpüsündən keçidi zamanı təhlükəsizliyi qoruyan polislərə atəş açılıb. Bu barədə "CNN Türk" xəbər verir.
Məlumata görə, Sabiha Gökçən hava limanından iqamətgahına doğru hərəkət edən Rəcəb Tayyib Ərdoğanın təhlükəsizliyini qoruyan polislərə bir neçə dəfə atəş açılıb, yerə yatan polislər dərhal əraziyə xüsusi-təyinatlı dəstələri çağırıblar.
Polis həmin ərazidə 7 ədəd giliz aşkar edib, atəş açan şübhəli və ya şübhəlilərin ələ keçirilməsi üçün genişmiqyaslı əməliyyat başladılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar