Rəcəb Tayyib Ərdoğan yumruqlanıb
12 Avqust 2009 Çərşənbə 03:55
Hadisəni törədən şəxs sadəcə baş naziri qucaqlamaq istədiyini, səhv başa düşüldüyünü və izdihamın təsiri ilə belə bir hadisənin baş verdiyini bildirib

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Trabzon vilayətinin Araklı rayonunda yerlilərdən biri tərəfindən yumruqlanıb. ANS PRESS “Cihan” agentliuyinə iistinadən xəbər verir ki, baş nazir yerlilərlə söhbət etdiyi bir vaxtda vətəndaşlardan biri yumruğunu onun qarın boşluğuna endirib. Aldığı zərbə ilə sarsılan Ərdoğanın izdırabı üzündən də oxunub. Baş nazirin mühafizəçiləri Turan Dəmir adlı vətəndaşı hadisə yerindən uzaqlaşdırıb. T. Dəmir isə sadəcə baş naziri qucaqlamaq istədiyini, səhv başa düşüldüyünü və izdihamın təsiri ilə belə bir hadisənin baş verdiyini bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar