Rəcəb Tayyib Ərdoğan və Abdullah Gül təcili görüşdü
24 Aprel 2014 Cümə Axşamı 23:40
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Türkiyə prezidenti Abdullah Gülün maraqla gözlənilən təcili görüş Çankaya iqamətgahında gerçəkləşdirilib.
ANS PRESS-in məlumatına görə, təxminən bir saat davam edən görüşlə bağlı heç bir açıqlama verilməyib.

Prezident seçkiləri öncəsi mətbuata gizli gerçəkləşdirilən görüş barədə ilk məlumatı dünən baş nazir Ərdoğan vermişdi:

"Biz görüşlərimizə davam edirik, sabah axşam bir görüşümüz var, amma bu mövzu ilə əlaqədar son görüşümüz deyil. Yekun danışıqlarımız mənim müşavirələrimin bitməsindən sonra olacaq", - deyə Türkiyə baş naziri vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar