Rəcəb Tayyib Ərdoğan Soçiyə gedəcək
05 Fevral 2014 Çərşənbə 21:57
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə və digər ölkə liderləri ilə görüşəcək.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 22-ci Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün fevralın 7-də Rusiyaya səfər edəcək.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasiminə qatılacaq.
Türkiyə baş nazirinin səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə, həmçinin Olimpiya Oyunlarının açılış mərasiminə qatılacaq bir sıra ölkələrin liderləri ilə görüşəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: