Rəcəb Tayyib Ərdoğan Qəzzaya gedir
18 İyul 2011 Bazar Ertəsi 02:31
Rəcəb Tayyib Ərdoğan Qəzzaya gedir. Bu addımın İsrail tərəfindən “Həmas”a dəstək kimi qəbul ediləcəyi bildirilir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza Zolağına səfər edəcək. Bu barədə məlumatı İsraildə nəşr olunan “Maariv” qəzetinə istinadən Fələstin “Maan” xəbər agentliyi yayıb. Məlumata görə, Ərdoğan iyulun 25-də həyata keçirəcəyi səfər üçün Misir hərbi şurasına müraciət edib və bu tələbi müsbət qarşılanıb.
Bu səfərin qarşısını almaq üçün Misir rəsmiləri ilə təmas yaratmağa çalışan İsrailin müraciətlərinin cavabsız qaldığını yazan “Maariv” qəzeti bu addımın İsrail tərəfindən “Həmas”a dəstək kimi qəbul ediləcəyini bildirib.
Qəzza rəsmiləri isə belə səfərdən xəbərdar olmadıqlarını buldirib. “Həmas” xarici işlər naziri Qaza Məhəmməd onlara Ərdoğanın səfəri barədə rəsmi bir məlumat verilmədiyini deyib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: