Rəcəb Tayyib Ərdoğan PKK-ya müraciət edib
08 Sentyabr 2010 Çərşənbə 15:35
Rəcəb Tayyib Ərdoğan: “Sizinlə danışmağımız üçün hücumları şantaj vasitəsindən çıxarmalısınız”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatına müraciət edib. O, PKK tərəfdarlarının iddialarını absurd adlandırıb.

“Belə bir demokratik parlament içərisində, unitar bir dövlətdə, 73 milyonluq xalqı ilə bir-birinə birlik, bərabərlik bağları ilə bağlanmış bir ölkədə dövləti öz içindən bölməyə yönəlmiş addımlara necə “hə” demək olar?! Bu mümkün deyil. Bunu xüsusilə demək istəyirəm ki, israrla üstündə durduqları məsələ hadisəni fərqli məcraya çəkmək, hökuməti tələyə salmaqdır. Nə ilə tələyə salacaqlar? Deyirlər ki, siz bizimlə oturub danışmırsınız. Bizim sizinlə oturub danışmağımız üçün birinci növbədə hücumları şantaj vasitəsindən çıxarmalısınız. Bunu görməliyik. Bunu gördüyümüz anda sizinlə rahat müzakirə apara bilərik”, - deyə Türkiyənin baş naziri bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar