Rəcəb Tayyib Ərdoğan “İmam-Xətib” litseyində oxuduğu vaxt özünün də məktəbin “Meftər” dəstəsində nağaraçı olduğunu bildirib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi tədbirdə məktəb illərinə geri qayıdıb. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, baş nazir Kütahya vilayətinin Gediz rayonunda bəzi açılış proqramlarında iştirak edib. Tədbirdə ənənəvi osmanlı musiqisi ifa edən “Mehtər” qrupu ilə şəkil çəkdirən Ərdoğan “İmam-Xətib” litseyində oxuduğu vaxt özünün də məktəbin “Meftər” qrupunda nağaraçı olduğunu bildirib. Baş nazir daha sonra tədbir iştirakçılarının və jurnalistlərin qarşısında seçki vaxtı partiyasının istifadə etdiyi “Eyni yoldan keçmişik biz” mahnısının müşayiəti ilə qısa müddət nağarada (kös davul) ifa edib.
ANSPRESS