Rəcəb Tayyib Ərdoğan mədən bölgəsinə gedib
14 May 2014 Çərşənbə 16:44
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan mədən faciəsi baş verən bölgəyə gəlib.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan mədən faciəsi baş verən bölgəyə gəlib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan Somada mədəndəki faciədə ölənlərin sayının 232 olduğunu açıqlayıb.

Qeyd edək ki, baş nazir Ərdoğanla birgə müavinləri Bülent Arınç və Bəşir Atalay, daxili işlər naziri Efkan Ala, səhiyyə naziri Mehmet Müezzinoğlu, sabiq nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım da Somaya yollanıb.

Xatırladaq ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir. Qəza, növbə dəyişimi vaxtı baş verdiyindən hadisə zamanı mədəndə iki qat çox fəhlə olub. Onların karbon monoksid qazından zəhərləndikləri bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar