Rəcəb Tayyib Ərdoğan kürdlərdən üzr istədi
23 Noyabr 2011 Çərşənbə 23:04
Rəcəb Tayyib Ərdoğan: Əgər hökumət dövlət adından üzr istəməlidirsə və belə bir təcrübə varsa, mən buna hazıram.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq ötən əsrin 30-cu illərində 14 min nəfər kürdün öldürülməsi ilə bağlı üzr istəyib. ANS PRESS-in “RBK”ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla bu gün Türkiyənin baş naziri müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun türk tarixinin faciəvi səhifələrinə işıq salmaq istəyinə cavab olaraq cıxış edib.
“Əgər hökumət dövlət adından üzr istəməlidirsə və belə bir təcrübə varsa, mən buna hazıram. Mən bu halda üzrxahlıq edirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan televiziya müraciətində bildirib.
DOSTLARINLA PAYLAŞ: