Rəcəb Tayyib Ərdoğan kirvə oldu
26 İyul 2010 Bazar Ertəsi 01:35
Sünnəti olan uşağın adı və soyadı da Rəcəb Tayyib Ərdoğandır.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Malatya şəhərində sünnət toyu olan uşağın kirvəsi oldu. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, baş nazir adaşı olan Rəcəb Tayyib Ərdoğana qızıl və müxtəlif hədiyyələr verib. Uşağın atası Dərviş Ərdoğan, İstanbul bələdiyyəsinin sədri ikən Rəcəb Tayyib Ərdoğanın həbs olunmasından çox mütəəssir olduğunu, bu səbəblə də oğlunun adını Rəcəb Tayyib qoyduğunu deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: