Rəcəb Tayyib Ərdoğan Kazandadır
17 Mart 2011 Cümə Axşamı 03:20
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Kazan Universitetində çıxış edəcək.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfəri çərçivəsində bu gecə Kazana gedib. Türkiyə nümayəndə heyətini “Kazan” hava limanında Tatarıstan prezidenti Rüstəm Minnixanov qarşılayıb.

Bu gün Türkiyənin hökumət başçısı Kazan Federal Universitetində (KFU) olacaq. O, təhsil və elim naziri Albert Gilmutdinov, rekor İlşad Qafurov, Türkiyədən olan tələbə və aspirantlarla görüşəcək. Rəcəb Tayyib Ərdoğan KFU-nun tələbə və müəllimləri qarşısında çıxış edəcək.

Daha sonra türkiyəli qoqanlar Kazan Kremlinin görməli yerlərini gəzəcək, Kul Şərif məscidində və Blaqoveşşeniye kilsəsində olacaq. Kremldə onları Tatarıstanın birinci prezidenti, indi dövlət müşaviri olan Mintimer Şaymiyev qonaqları pravoslav və İslam abidələrinin tarixi göykəminin bərpası layihəsi ilə tanış edəcək.

Yerli vaxtla saat 14.00-da (Bakı vaxtı ilə 15.00) Türkiyə nümayəndə heyətinin Ankaraya yola düşəcəyi gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar