Rəcəb Tayyib Ərdoğan istefaya gedir
14 İyun 2011 Çərşənbə Axşamı 01:31
O, parlamentdəki andiçmə mərasimindən sonra Ərdoğan 61-ci hökuməti quracaq
Bu gün Türkiyənin prezidenti Abdullah Gül ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. Baş nazir Ərdoğan 60-cı hökumətin istefasını prezident Abdullah Gülə təqdim edəcək. Görüş Nazirlər Kabinetinin bu gün keçiriləcək iclasından sonra, yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə 18.00) baş tutacaq.
Qeyd edək ki, bu, ölkə prezidenti və baş nazir arasında seçkidən sonra həyata keçirilən ilk görüş olacaq.
Xatırladaq ki, prosedur qaydalara uyğun olaraq baş nazir hökumətin istefasını təqdim etdikdən sonra prezident Gül yeni hökumət qurulana qədər ondan hakimiyyətə rəhbərlik etməsini xahiş edəcək. Parlamentdə keçiriləcək andiçmə mərasimindən sonra isə prezident Abdullah Gül Rəcəb Tayyib Ərdoğana yeni hökuməti qurmaq vəzifəsini verəcək.
DOSTLARINLA PAYLAŞ: