Rəcəb Tayyib Ərdoğan İsrailə xəbərdarlıq edib
18 Yanvar 2010 Bazar Ertəsi 01:55
Rəcəb Tayyib Ərdoğan İsrailə xəbərdarlıq edib. Baş nazir Deni Ayalon barədə “həddini aşıb” deyib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə İsrailə qarşı sərt şəkildə xəbvərdarlıq edib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, ötən axşam Tayyib Ərdoğan Birləşmiş Ərəb əmirliklərinə rəsmi səfərə yola düşərkən “Atatürk” hava limanında jurnalistlərin suallarına cavab verib. Jurnalistlərdən birinin, nazir müavini Deni Ayalonun İsrail mətbuatında yer verilən, “Lazım gəlsə səfiri ölkədən xaric edərik” sözləri ilə İsrail müdafiə naziri Ehud Barakın
Türkiyədə rəsmi səfərdə ikən dediyi “Baş verənlər artıq geridə qalıb” sözləri arasındakı zidiyyət barədə verdiyi suala baş nazir sərt cavab verdi.

Ərdoğan bunun koalisiya hökumətindəki daxili problemdən qaynaqlandığını deyib: “Əvvəla onu deyim ki, müdafiə naziri olan Ehud Barak koalisiyanın ikinci güclü ortağıdır və mənsubu olduğu partiyanın da sədridir. Digəri nazir müavinidir və danışanda həddini aşıb”.

Baş nazir bildirib ki, əsas olan ölkə rəsmisi statusunda olan Ehud Barakıln dedikləridir: “Bizim üçün səhvi qəbul etmə nöqtəsində əsas olan ölkəsinin rəsmisi statusu ilə Ehud Barakın burda verdiyi açıqlamadır”.

Rəcəb Tayyib Ərdoğan işi daha çox böyütmək niyyətində olmadıqlarını da vurğulayıb: “Biz bu işin üstündə çox dayanaraq böyütmək istəmirik. Türkiyə əsrlər əvvəl necə idisə, Cumhuriyyət qurulanda necə idisə, indi də elədir. Onunla oynamağa çalışanlara izn verməyəcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar