Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan uşaqlardan email almaq istəyir. Nazir bunun üçün uşaqlara email ünvanını paylayıb. Ərdoğan iqamətgahından “Kompüteri olmayan qalmasın” layihəsi çərçivəsində Kocaeli şəhərində uşaqlara kompüterlərin paylanması mərasimində iştirak edib.
Onun mərasimdə iştirakı internet bağlantısı ilə mümkün olub. O, uşaqlara müraciət edərək arzu və istəklərini onunla paylaşmalarını istəyib. “Əziz uşaqlar sizdən bir istəyim var. İnternetə girəndə mənə elektron məktub göndərməyinizi xahiş edirəm”. Erdoğanın mail ünvanı:
[email protected] ANSPRESS