Rəcəb Tayyib Ərdoğan daha çox maaş alacaq
11 Avqust 2014 Bazar Ertəsi 14:02
Prezidenliyi dövründə Rəcəb Tayyib Ərdoğan 26 min 800 lirə (9,840 AZN) aylıq gəlir əldə edəcək.
Rəcəb Tayyib Ərdoğanın prezidentlik maaşı bəlli olub.

ANS PRESS-in məlumatına görə, baş nazir Ərdoğan prezident olacağı təqdirdə hazırda aldığı 14 min lirəlik maaşı iki dəfəyədək artacaq. Prezidentliyi dövründə Ərdoğan 26 min 800 lirə (9,840 AZN) aylıq maaş alacaq.

Əslində prezident maaşı 40,000 (14, 688 AZN) lirədir. Ancaq vergi və digər xərclərin çıxılmasından sonra bu rəqəm 26 min 800 lirəyə düşür.

Hazırki prezident Abdullah Gül isə prezident təqaüdü olaraq aylıq 15 min 980 lirə (5,867 AZN) alacaq.

Qeyd edək ki, prezidentlərin maaşı hər il Türkiyə Böyük Millət Məclisinə təqdim edilən Prezident büdcəsinə görə təyin olunur. Abdullah Gül prezident üçün ayrılan büdcədən artıq 47%-i xərcləyib. Ərdoğanın prezidentliyi təsdiqlənərsə yerdə qalan 53 %-lik büdcəyə sahib çıxacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar