Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək
28 Avqust 2014 Cümə Axşamı 12:01
Bu gün Türkiyədə yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğan üçün andiçmə mərasimi keçiriləcək.
Bu gün Türkiyədə yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Ankarada Çankaya köşkündə yerli vaxtla saat 11:00-da başlayacaq mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edəcək.

ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları isə prezident Barak Obamanın təmsilçisi qismində ABŞ-ın Türkiyədəki səfirinin müşaviri Cess Beylini göndərəcəyini açıqlayıb.

Dünən isə Ərdoğan "Ədalət və İnkişaf Partiyası"nın sədri və Baş nazir kürsüsünü keçmiş xarici işlər naziri Əhməd Davudoğluya təhvil verib.

2003-cü ildən indiyədək baş nazir postunu tutan Rəcəb Tayyib Ərdoğan bu vaxtadək simvolik məna daşıyan prezidentin səlahiyyətlərini artıracağını bəyan etmişdi. Rəcəb Tayyib Ərdoğan avqustun 10-da keçirilən prezident seçkilərində 52% səslə qalib gəlmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar