Rəcəb Tayyib Ərdoğan bəzi Yaxın Şərq liderləri ilə telefonda danışıb
17 İyun 2011 Cümə 07:09
Ərdoğan Livanın baş naziri Nəcib Mikati ilə Suriyada baş vermiş hadisələri müzakirə edib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəzi Yaxın Şərq ölkələrinin liderlərinə zəng vurub. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, baş nazir Ərdoğan Livanın baş naziri Nəcib Mikati ilə Suriyada baş vermiş hadisələri müzakirə edib. Ərdoğan daha sonra Qətər əmiri Şeyx Həmmad bin Xəlifə əl Tani, “Həmas” təşkilatının lideri Xalid Məşal və Qəzza zolağında “Həmas” yerli idarəsinin baş naziri İsmayıl Haniyə ilə də telefonla danışaraq ərəb dünyasında baş verənləri müzakirə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: