Rəcəb Tayyib Ərdoğan Barak Obamaya zəng vurub
31 İyul 2012 Çərşənbə Axşamı 05:07
İki ölkə rəhbəri telefonla Suriyada baş vermiş son hadisələri müzakirə edib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən axşam ABŞ prezidenti Barak Obamaya zəng vurub. ANS PRESS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 36 dəqiqə davam edən danışıq vaxtı iki ölkənin lideri Suriyanı, xüsusilə Bəşər Əsəddən sonra bu ölkədəki vəziyyəti müzakirə edib.

Prezident Obama Suriyada demokratiyaya keçid prosesini dəstəkləmək üçün Türkiyə və ABŞ rəsmilərinin göstərəcəyi bircə səylərin vacibliyini vurğulayıb. Bundan başqa hər iki ölkə rəhbəri başda Hələb şəhəri olmaqla Suriyanın müxtəlif yerlərində mülki əhaliyə istiqamətlənmiş zorakılıq hallarına görə narahat olduqlarını ifadə ediblər.

Telefon danışığının sonunda isə Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Kolorado ştatında baş vermiş faciəvi hadisəyə görə, Barak Obamaya başsağlığı verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar