Rəcəb Tayyib Ərdoğan ağladı
21 İyul 2010 Çərşənbə 09:50
Baş nazir Rəcəb Tayyib Ərdoğan edam olunan gəncin məktubunu oxuyarkən göz yaşlarını saxlaya bilməyib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə tarixindəki edamları xatırlayıb və bunun təkrarlanmaması üçün xalqı Konstitusiya dəyişikliklərinə “hə” deməyə çağırıb. Baş nazir Mustafa adlı edam olunan gəncin məktubunu oxuyarkən göz yaşlarını saxlaya bilməyib.

“Mustafadan bu sətirlər qaldı, dəyərli dostlar! Ana, sizlərlə halallaşmaq istərdim. Fəqət olmadı. Haqqım varsa, hamınıza halal olsun. Siz də halal edin. Son olaraq qardaşıma, bacıma salam göndərirəm, haqqlarını halal etmələrini diləyirəm. Nişanlıma da salam deyirəm, Allahın ona xoşbəxt bir yuva qurması üçün kömək olmasını diləyirəm. Gənc yaşında haqsız bir şəkildə edam edilən Mustafanın “Allah payını verər” dediyi gün 12 sentyabr, 2010 günüdür!”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar