Rəcəb Tayyib Ərdoğan açıqlama verib
14 May 2014 Çərşənbə 01:11
Rəcəb Tayyib Ərdoğan: Bölgədəki lazımi qurumlar xilasetmə işlərinə başlayıb.
Manisanın Soma qəsəbəsindəki kömür mədənində baş vermiş faciə ilə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

ANS PRESS-in məlumatına görə, baş nazir bildirib ki, hadisə barədə xəbər alan kimi bölgədəki lazımi qurumlar xilasetmə işlərinə başlayıb.

Ərdoğan Enerji və Təbii Sərvətlər naziri Taner Yıldızı Somaya göndərdikdən sonra xilasetmə işləri barədə səhiyyə nazirindən və bölgədəki hökumət təmsilçilərindən məlumat alıb.

"Kömür şaxtasındakı qardaşlarımızı xilas etmək üçün fəaliyyət davam edir. Ümid edirik ki, dəyərli qardaşlarımızı xilas etmək imkanını itirməyəcəyik. Bütün fəhlə qardaşlarımızın və yaralıların ailələrinə səbr diləyirəm", - deyə Ərdoğan bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar