Şimali Kipr Türkiyə Respulikasının (KKTC) sabiq prezidenti Rauf Denktaş Güzelyurt şəhərində keçirilən tədbirdə yıxılıb. ANSPRESS “Cihan” agentliyinə istinadən xəbər verir ki, Denktaş 1964-cü il mart ayında Baf şəhərində yunanlar tərəfindən öldürülən şəhidlərin ildönümü tədbirində ayağı ilişərək yıxılıb. Yıxılma nəticəsində Rauf Denktaş üzündən yüngül xəsarət alıb və burnu qanayıb. Sabiq prezident dərhal ambulator müayinədən keçib və jurnalistlərə heç bir narahatlığının olmadığını bildirib. Hazırda Denktaşın səhhəti normaldır. /ANSPRESS/