Rauf Denktaş vəfat etdi
14 Yanvar 2012 Şənbə 00:38
Şimali Kipr Türk Cümhuriyyətinin ilk prezidenti Rauf Denktaş yanvarın 8-də vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparılmışdı.
Şimali Kipr Türkiyə Respublikasının (KKTC) qurucusu, ilk və sabiq prezidenti Rauf Denktaş vəfat edib. Yanvarın 8-də vəziyyəti ağırlaşdığı üçün “Yakındoğu” universitetinin xəstəxanasına çatdırılan Denktaş ötən gün səhər süni tənəffüs aparatına, axşama yaxın isə dializ cihazına qoşulmuşdu.

Xatırladaq ki, keçən il may ayının 24-də vəziyyəti pisləşərək xəstəxanaya aparılan Rauf Denktaşın beyninə qan sızmış və onun sol tərəfi iflic olmuşdu. Oktyabrın 29-da xəstəxanadan evə buraxılan Denktaş ilk dəfə dekabrın 15-də bayıra çıxmış və “Mənim barəmdə `ölür` deyirdilər, bayıra çıxdım” – demişdi.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar