Rasmussen rəsmi Tehranın iddialarını təkzib etdi
18 Dekabr 2012 Çərşənbə Axşamı 05:42
Ancaq öz raketlərini hücum məqsədilə hazırlayanlar belə ağılsız fikrə düşə bilər.
NATO baş katibi Anders Foq Rasmussen İran silahlı qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadinin NATO-nun yeni bir dünya müharibəsi risqini artırması barədə iddialarını qəbul etməyib. “Bu iddiaları heç bir şəkildə qəbul etmirəm. Biz əvvəldən də “Patriot” raketdən müdafiə sistemlərinin sadəcə müdafiə məqsədli olduğunu demişdik. Biz müttəfiqimiz olan Türkiyəni qorumaq və müdafiə etmək üçün oradayıq. Hər hansı bir hücum niyyətimiz yoxdur və bunu əvvəldən də demişdik”.

Rasmussen həmçinin, ancaq öz raketlərini hücum məqsədilə hazırlayanların belə ağılsız fikrə düşə biləcəklərini deyib. ABŞ, Almaniya və Hollandiyanın Türkiyəyə cəmisi 6 ədəd “Patriot” raketdən müdafiə sistemi göndərəcəyini deyən NATO baş katibi bunların quraşdırılaraq istifadəyə hazır vəziyyətə gətirilməsi üçün bir neçə həftə keçəcəyini qeyd edib.

Xatırladaq ki, İran silahlı qüvvələrinin Baş Qərərgah rəisi Həsən Firuzabadi NATO-nun Türkiyə ilə Suriya sərhəddində “Patriot” raketdən müdafiə sistemləri quraşdırmasını yeni bir dünya müharibəsi risqini artırdığını deişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar