Bir müddətdir Türkiyədə yaşayan özbək general Raşid Dostum Əfqanıstana geri dönür. Türkiyə mətbuatının verdiyi xəbərə görə, R.Dostumun Əfqanıstanda mətbuat konfransı da keçirəcəyi gözlənilir.
Qeyri-rəsmi məlumatlara görə, R.Dostum 20 avqustda keçiriləcək prezident seçkilərində Həmid Kərzaini dəstəkləyəcək. R.Dostum 4 il əvvəlki seçkilərdə özü namizəd olub və seçicilərin 10 faizinin səsini qazanmışdı. /ANS PRESS/