Ramzan Kadırov yenidən Çeçenistanın başçısı təyin olundu
05 Mart 2011 Şənbə 15:36
Ramzan Kadırov ikinci müddətə respublikanın rəhbəri vəzifəsinə təsdiq olunub.
Bu gün Çeçenistan parlamentinin növbədənkənar iclasında Ramzan Kadırov yekdilliklə ikinci müddətə respublikanın rəhbəri vəzifəsinə təsdiq edilib.

ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, iclasda respublika Xalq Məclisinin 41 deputatının hamısı iştirak edib.

Qeyd edək ki, onun namizədliyi Rusiya Federasiyasnın prezidenti Dmitri Medvedev tərəfindən irəli sürülmüşdü. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar