Ramzan Kadırov Qüdsdə məscid tikdirir
09 Mart 2013 Şənbə 04:02
Əbu-Qoşun meri Səlim Cabir iddia edir ki, bu kənddə yaşayanlar etnik çeçenlərdir.
Çeçenistanın rəhbəri Ramzan Kadırovun təşəbbüsü ilə Qüdsün 10 kilometrliyində yerləşən Əbu-Qoş kəndində məscid inşa edilir. Kəndin sakinlərinin çeçen köklü olduğu aşkarlanandan sonra Ramzan Kadırov məscid yaratmaq qərarına gəlib.

Əbu-Qoşun meri Səlim Cabir iddia edir ki, bu kənddə yaşayanlar etnik çeçenlərdir. Sakinlərin bir çoxu çeçen olduqlarını məhz bir neçə il əvvəl - mer Qroznıdan külli miqdarda maliyyə yardımı ilə qayıtdıqdan sonra eşidiblər. Yerli şuranın üzvü Xəlil Otman isə hesab edir ki, çeçen keçmişi ilə bağlı söhbətlər yalnız iqtisadi maraqlarla bağlıdır.

Buna baxmayaraq, mer öz fikrində israr edir. Onun sözlərinə görə, kənddə ərəblərə xas olmayan mavi gözlü və kürən insanların sayı çoxdur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar