Ramzan Kadırov general-mayor oldu
14 Dekabr 2009 Bazar Ertəsi 12:15
Ramzan Kadırov general-mayor oldu. Rusiya daxili işlər naziri Rəşid Nurqaliyev müvafiq sərəncamı verib.
Çeçenistan daxili işlər nazirinin müavini Arkadi Yedelev Qudermes rayonunda Çeçenistan prezidenti Ramzan Kadırova general-mayor poqonlarını təqdim edib. Yedelev qeyd edib ki, Rusiya daxili işlər naziri Rəşid Nurqaliyevin əmrini yerinə yetirir. Bu barədə Çeçenistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Yedelev Nurqaliyevin adından Çeçenistan prezdentinə “Rusiya Federasiyası Daxili İşlər Nazirliyi: dünən, bu gün, sabah” kitabını təqdim edib. A.Yedelev qeyd edib ki, Kadırov bütün Şimali Qafqaz regionunda qanun-qaydanı və təhlükəsiziliyi gücləndirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: