Ramiz Dayı vefat etdi
27 Sentyabr 2013 Cümə 21:58
Ramiz Dayı rolu ile meşhur olan Tuncel Kurtiz bu gün 77 yaşında dünyasını dəyişib.
Türkiyənin məşhur aktyoru Tuncel Kurtiz vəfat edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 77 yaşlı akyor bu gün, səhər idmanından qayıtdıqdan sonra evində istirahət edərkən halı pisləşib. Aktyorun həyat yoldaşı onu yerə yıxılmış vəziyyətdə görüb. Kurtizin yaşadığı binanın təhlükəsizlik kameraları aktyoru evinə gələn zamanı qeyd edib.
O, 07:43 də evinin qapısını açıb içəri daxil olub. Bundan 3 saat sonra Tuncəl Kurtiz həyatını itirir. Aktyorun ölüm xəbərini eşidənlər, o cümlədən jurnalistlər onun evinə axın edib. Jurnalistlərin suallarını cavablandıran mərhumun həyat yoldaşı Menand Kurtiz sadəcə, “Çox sevilən bir insan idi. Təkcə mənim sevgilim deyildi. Hamıya baş sağlığı verirəm”, deyə bildi.
Gələnlər arasında aktyorun dostları Tarık Akan və Halit Ergenç uzun müddət aktyorun evinin önündə göz yaşı töküb. Qeyd edək ki, aktyor “Muhteşem Yüzyıl” serialında “Şeyxülislam Ebu Suudu”, “Ezel” serialında “Ramiz dayı” rolunu ifa edib.
DOSTLARINLA PAYLAŞ: