Rahib 155 oğlan uşağını zorlayıb
29 Noyabr 2010 Bazar Ertəsi 13:20
Hadisə Almaniyada baş verib
Almaniyanın Kassel şəhərində uşaqlara qarşı seksual xarakterli hərəkətlər edən katolik rahib hakim qarşısına çıxarılıb. O, 155 uşağa qarşı cinsi xarakterli hərəkətlər etməkdə ittiham edirlir. Məlumata görə, rahib şəhərdəki katolik məktəbinə rəhbərlik edib və vəzifəsindən sui istifadə edərək məktəbdə təhsil alanlara qarşı əxlaqsızlıq hərəkətlər edib. Əxlaqsızlıq 1992-2003-cü illərdə baş verib. Rahibin evindən hətta uşaq pornoqrafiyasını əks etdirən video və foto görüntülər də tapılıb.
"Din xadimi" öz qurbanlarının əksəriyyətini lentə alıb. Rahib uşaqlara etdiyi hərəkətlərin "elmi araşdırmanın" tərkib hissəsi olduğunu bildirib.
Əməlindən peşman olduğunu deyən "dindar" 7 il azadlıqdan məhrum edilib.
DOSTLARINLA PAYLAŞ: