Raffi Ovannisyan Pasxada aclığı dayandıracaq
30 Mart 2013 Şənbə 01:53
Ölməyə hazır olduğunu bildirən keçmiş prezidentliyə namizəd Raffi Ovannisyan fikrini dəyişib və “ölkənin gələcəyi naminə yaşamaq” qərarına gəlib.
Ermənistan prezidentliyinə keçmiş namizəd Raffi Ovannisyan martın 31-də qeyd olunacaq Pasxa bayramında aclıq aksiyasını dayandırıcağını bildirib. ANS PRESS-in “Rossiya 24” telekanalına istinadən verldiyi məlumata görə, “İrs” partiyasının lideri bunu ötən gün keçirilən mitinqdə bəyan edib.

Keçmiş ABŞ vətəndaşı, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovannisyan martın 10-undan İrəvanın mərkəzindəki Azadlıq meydanında aclıq aksiyasına başlayıb. O, iddia edir ki, fevralın 18-də keçirilmiş seçkilərdə Serj Sarkisyan yox, özü qalib gəlib. Raffi Ovannisyan Serj Sarkisyandan hakimiyyəti ona təhvil verməyi tələb edir.

Ermənistanın Konstitusiya Məhkəməsi müxalifətin şikayətinə martın 14-də baxıb və MSK-nın elan etdiyi nəticələri qüvvədə saxlayıb. Bu nəticələrə görə, Serj Sarkisyan seçkinin qalibi olub, səslərin 36,74 faizini toplayan Raffi Ovannisyan isə ikinci yeri tutub.

Raffi Ovvannisyan aclıq aksiyasını prelin 9-una - Serj Sarkisyanın inauqurasiya mərasiminədək davam etdirmək niyyətində idi. Ölməyə hazır olduğunu bildirən keçmiş prezidentliyə namizəd fikrini dəyişib və “ölkənin gələcəyi naminə yaşamaq” qərarına gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar