Raffi Ovannisyan Minsk qrupunu tənqid edib
06 Mart 2013 Çərşənbə 06:31
Raffi Ovannisyan : Həmsədr ölkələr qeyri-legitim prezidentliyi tanımaqla seçki cinayətinin iştirakçısı olublar.
Ermənistan prezidentliyinə namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyan ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərini Ermənistandakı qeyri-legitim prezidenliyi tanımaqla seçki cinayətinin iştirakçısı olmaqda günahlandırıb. O, Fransa prezidenti Fransua Olland, Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib. Müxalifət liderinin fikrincə, ABŞ, Rusiya və Fransa prezidentlərinin “nəhəng yanlış”ı düzəltmək şansının olduğunu da bildirib.
“Minsk qrupunu tanımırıq, onun prinsiplərini tanımırıq!”, - Raffi Ovanisyan deyib. Onun sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələri Ermənistandakı seçkilərlə bağlı yanaşmalarına yenidən baxmasalar, erməni xalqı “köhnəlmiş və qəbuledilməz Madrid prinsipləri”ni qəbul etməyəcək.
DOSTLARINLA PAYLAŞ: