Raffi Ovannisyan Konstitusiya Məhkəməsinə müraciət etdi
04 Mart 2013 Bazar Ertəsi 03:05
Prezidentliyə namizəd Raffi Ovannisyan seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb edir.
Ermənistan prezidentliyinə namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyan fevralın 18-də keçirilmiş prezident seçkilərinin nəticələrinin etibarsız sayılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, Raffi Ovannisyanın seçki qərargahının nümayəndəsi bu gün sənədləri məhkəməyə təqdim edəcək. Bundan dərhal sonra müxalifət liderinin mətbuat katibi və hüquqi məsələlər üzrə köməkçiləri məhkəmənin binası qarşısında mətbuat konfransı keçirəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar