Raffi Ovannisyan həkim yardımından imtina edir
18 Mart 2013 Bazar Ertəsi 08:47
Səhiyyə Nazirliyi prezidentliyə keçmiş namizədi aclıq aksiyasını dayandırmağa çağırıb.
Ermənistanda aclıq aksiyası keçirən keçmiş prezidentliyə namizəd Raffi Ovannisyan həkim müayinəsindən imtina edib. ANS PRESS-in ArmeniaToday-a istinadən verdiyi məlumata görə, bu barədə bəyanatı Səhiyyə Nazirliyi yayıb.

Nazirliyin bəyanatında deyilir ki, aclıq aksiyasının ilk günündən həkimlər hər gün iki dəfə Raffi Ovannisyana baş çəkiblər. Lakin prezidentliyə keçmiş namizəd hətta qan təzyiqinin ölçülməsinə də razılaşmır.

Səhiyyə Nazirliyi Raffi Ovannisyanı səhhətinə ciddi təsir edə biləcək aclıq aksiyasını dayandırmağa çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar