Radko Mladiç məhkəmə zalından çıxarıldı
04 İyul 2011 Bazar Ertəsi 14:19
Serblərin keçmiş generalı Radko Mladiç hakimlə deyişdiyinə görə prosesdən kənarlaşdırılıb.
Radko Mladiç yenə də Haaqa tribunalına insanlığa qarşı cinayətlərdə və soyqırımda özünü günahkar bilib-bilməməsinə dair suala cavab verməyib. Bu gün Bosniya serbləri ordusunun keçmiş komandanının növbəti dinləməsi keçirilib. Qaydaya görə, Radko Mladiç bu dəfə özünü günahkar hesab edib-etmədiyinə dair suala cavab verməli idi, lakin Mladiç məhkəmə proesesini boykot edərək, prosesdə iştirak etmək istəməyib. Məhkəmədə isə hakimin suallarına cavab verməkdən imtina edən Radko Mladiç hakimlə deyişdiyinə və zalda asayişi pozduğuna görə məhkəmə zalından kənarlaşdırılıb.

Xatırladaq ki, 69 yaşlı serb generalı Radko Mladiç 16 il ədalətdən gizlənsə də, bu il mayın 26-da Serbiyada həbs olunub. Keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal onu 1992-1995-ci illərdə Bosniya və Hersoqovinada 8000-ədək müsəlmanın öldürülməsində ittiham edir.

İttiham aktı 11 bənddən ibarətdir. Məhkəmə proseduru qaydalarına görə, müttəhim bu gün öz günahını etiraf edib-etməməsinə dair suala cavab vermədiyindən, o günahını etiraf etmiş sayılmır və ərizədə onun adından "günahkar deyil" yazılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar