Radko Mladiç bu gün məhkəməyə çıxarılır
04 İyul 2011 Bazar Ertəsi 11:12
Keşmiş serb generalı Radko Mladiç günahını etiraf etmək fikrində deyil.
Radko Mladiç yenə də Haaqa tribunalına insanlığa qarşı cinayətlərdə və soyqırımda özünü günahkar bilib-bilməməsinə dair suala cavab verməyəcək. Bu gün Bosniya serbləri ordusunun keçmiş komandanının növbəti dinləməsi keçiriləcək. Qaydaya görə, Radko Mladiç bu dəfə özünü günahkar hesab edib-etmədiyinə dair suala cavab verməlidir, lakin onun Belqrad vəkili Miloş Şaliç bildirir ki, keçmiş general məhkəmə prosesini boykot etmək niyyətindədir. Vəkilin sözlərinə görə, Mladiçi hakimlər qarşısına çıxmağa məcbur etsələr, o, heç bir şey deməyəcək.

Məsələ burasındadır ki, Radko Mladiç hələ də məhkəmədə özünün daimi müdafiəçisinin olmamasından narazıdır. O, hələ iyunda öz vəkil namizədlərinin siyahısını təqdim edib, lakin məhkəmədə bu barədə hələ avqust ayında - bütün vəkillər yoxlandıqdan sonra qərar veriləcəyi bildirilib. Hazırda Mladiçi müvəqqəti vəkil - serb Aleksandr Aleksiç müdafiə edir. Mladiç isə bu vəkilin onu məyus etdiyini deyib.

Xatırladaq ki, 69 yaşlı serb generalı Radko Mladiç 16 il ədalətdən gizlənsə də, bu il mayın 26-da Serbiyada həbs olunub. Keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal onu 1992-1995-ci illərdə Bosniya və Hersoqovinada 8000-dək müsəlmanın qətlində ittham edir. İttiham aktı 11 bənddən ibarətdir. Məhkəmə proseduruna görə, əgər müttəhim bu gün öz günahını etiraf edib-etməməsinə dair suala cavab verməsə, o günahını etiraf etmiş sayılmır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar