Rabiyə Qədir Yaponiyadadır
28 İyul 2009 Çərşənbə Axşamı 14:10
Rabiyə Qədir Yaponiyadadır. Dünya Uyğur Konqresinin liderinin səfəri 5 gün davam edəcək

 

Mərkəzi Almaniyanın Münhen şəhərində yerləşən Dünya Uyğur Konqresinin lideri Rabiya Kadir bu gün Yaponiyanın paytaxtı Tokiyoya səfər edib. Səfər beş gün davam edəcək.

2005-ci ildə Çindən sürgün edilən və ABŞ-da yaşayan Kadir burada Liberal Demokrat Partiyasının rəsmiləri ilə görüşəcək və uyğurların problemlərini anlatmaq üçün mətbuat konfransı keçirəcək.

Ona yaxın mənbələrdən biri isə AFR agentliyə müsahibəsində Kadirin səfər proqramının hələlik təsdiqlənmədiyini və dəyişikliklər ola biləcəyini bildirib. "Onun təhlükəsizliyindən narahatıq. Çünki xarici ölkələrdə ona qarşı bir necə dəfə sui- qəsd cəhd olub".

Qeyd edək ki, Çin höküməti Rabiya Kadirin Yaponiyaya səfərinin son vaxtlar yaxşılaşmağa doğru gedən Çin-Yaponiya münasibətlərinə zərbə vura biləcəyini  istisna etməyib. 

Rəsmi Pekin onu Çinin Uyğurustan vilayətində baş vermiş qanlı hadisələrin təhrikedicisi hesab edir. 62 yaşlı iş adamı Rabiya Kadir isə Çin hakimiyyətinin bu ittihamlarını rədd edir.

Xatırladaq ki, iyulun əvvəllərində Urumçi şəhərində baş vermiş qarşıdurmalar nəticəsində təxminən 200 nəfər həlak olub, 1000-dən çox adam xəsarət alıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar