Qvineya-Bisau Qəddafiyə qucaq açdı
11 Sentyabr 2011 Bazar 06:15
Baş nazir: “Müammər Qəddafi Qvineya-Bisaunun dostudur”.
Qərbi Afrikadakı Qvineya-Bisau Respublikasının (QBR) hökuməti devrilmiş Liviya lideri Müammər Qəddafini qəbul etməyə hazır olduğunu bəyan edib. QBR-in baş naziri Karluş Qomeş Juniorun sözlərinə görə, bu ölkə əgər Qəddafi istəsə, ona qucaq açmağa və təhlükəsizliyini təmin etməyə hazırdır.

QBR-in hökumət başçısı bəyan edib ki, Qəddafi Qvineya-Bisaunun dostudur. O, NATO aviasiyasının Liviyaya hücumlarını suveren ölkənin hüquqlarının açıq şəkildə pozulması kiim qiymətləndirib.

QBR-i Qəddafi rejimi ilə sıx iqtisadi münasibətlər bağlayırdı. Tripoli Qvineya-Bisauda mehmanxana və kənd təsərrüfatı, eləcə də digər sahələrə investisiya qoyub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar