Patoloji anatomik ekspertiza müəyyən edib ki, Qvineya-Bisaunun prezidenti Juan Bernardu Vieyra əvvəlcə qəddarcasına döyülüb, sonra güllələnib. Bu barədə məlumatı «Frans Press» agentliyi meyitin yarılmasında iştirak etmiş həkimə istinadən yayıb: «Prezident sinə və üz nahiyəsindən bir neçə atəşlə qətlə yetirilib. Onun bədənində zorakılıq əlamətləri aydın şəkildə görünürdü. Juan Bernardu Vieyranı öldürməzdən əvvəl vəhşicəsinə döyüblər». Ekspert, prezidentin ölümü ilə bağlı əlavə şərh verməkdən imtina edib. Qvineya-Bisau preziednti dünən ölkədə yaranmış qarşıdurmalar nəticəsində hərbçilər tərəfindən qətlə yetirilib. Qarşıdurmalar silahlı qüvvələrin qərargah rəisi Taqme Na Vaienin də həlak olduğu partlayışdan sonra yaranıb. Ölkənin hərbi komandanlığının nümayəndələri bildiriblər ki, prezident Vieyra hərbçilər tərəfindən öz evindən qkaçmağa cəhd göstərərkən öldürülüb. Ev silahlı qüvvələrin həlak olmuş qərargah rəisinə yaxın əsgərlər tərəfindən mühasirəyə alınıbmış. Ölkə rəhbərliyi isə bəyan edib ki, prezidentin qətlə hərbi çevriliş yox, bir qrupp xain əsgərin hərəkətlərinin nəticəsidir. Ölkədə yeddi günlük matəm elan edilib. Qeyd edək ki, Qvineya 1973-cü ildə müstəqilliyini elan edib. Bundan 7 il sonra Juan Bernardu Vieyra hərbi çevriliş yolu ilə baş nazir vəzifəsini tutub və ölkədə ağır avtoritar rejim yaradıb. 1994-cü ildə isə ümumxalq səsverməsindən sonra Vieyra Qvineyanın demokratik yolla seçilmiş ilk prezidenti olub. 1999-cu ildə onun hakimiyyəti devrilib və prezidentin özü Portuqaliyaya qaçıb. Orada altı yaşadıqdan sonra Juan Bernardu Vieyraya prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək hüququ verilib. Həmin seçkilər nəticəsində o yenidən ölkə prezidenti seçilib. /ANS PRESS/