Qvatemalanın keçmiş prezidenti həbs edilib
27 Yanvar 2010 Çərşənbə 11:35
Qvatemalanın keçmiş prezidenti dövlət xəzinəsini talamaqda ittiham olunur
Qvatemala polisi yanvarın 26-da ölkənin keçmiş prezidenti Alfons Portilonu həbs edib. Həbs 58 yaşlı siyasətçinin rançosunda həyata keçirilib.
Qvatemalanın kemiş prezidenti xeyriyyə fondlarından və dövlət xəzinəsindən oğurlanmış pulların mənimsənilməsində ittiham olunur. O, pulları əvvəlcə Amerika banklarına yerləşdirib, daha sonra isə qohumlarının Avropa və Bermudda yerləşən offşor hesablarına köçürüb.
Keçmiş prezidentin ABŞ-a ekstradisiya olunub-olmayacağı məlum deyil. Əgər günahı sübut olunarsa, o, 20 ilə qədər həbs və çox böyük məbləğdə cərimə oluna bilər.
Qeyd edək ki, ABŞ onun ekstradisiyasi ilə bağlı Qavatemala hakimiyyətinə müraciət edib. ABŞ onu oğurladığı 60 milyon dolları Amerika bankları vasitəsilə qanuniləşdirməkdə şübhəli bilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: