Qvatemalada güclü zəlzələ baş verib: ölənlər və yaralananlar var
08 Noyabr 2012 Cümə Axşamı 01:14
Yeraltı təkanlar Meksika və Salvadorda da hiss edilib
Qvatemalada 7,5 bal gücündə zəlzələ baş verib. ANPRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində 8 nəfər ölüb. Onlar tikililər uçan zaman ölümcül xəsarətlər alıblar. İlkin məlumatlara görə, bir neçə yaşayış məntəqəsində, xüsusilə, ölkənin cənub sahillərində bəzi binalara ciddi ziyan dəyib.

Zəlzələdən sonra ölkədə təkrar yeraltı təkanlarla bağlı xəbərdarlıq elan edilib.

Yeraltı təkanların episentri Çamperiko yaşayış məntəqəsinin yaxınlığında, Qvatemala paytaxtının 163 kilometrliyində qeydə alınıb. Zəlzələ Meksika və Salvadorda da hiss edilib.

Xatırladaq ki, sonuncu dəfə çoxsaylı insan tələfatına səbəb olan güclü zəlzələ bu ilin avqustunda İranda baş vermişdi. Həmin vaxt ölkənin şimal-qərbində 6,3 və 6,4 bal gücündə iki yeraltı təkan qeydə alınmışdı. Təbii fəlakət nəticəsində 250-yə yaxın yadam ölmüş, dörd kənd tamamilə, 60-dan artıq kənd isə qismən dağılmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar