Qvatemala da yerin qəzəbinə tuş gəldi
18 Yanvar 2010 Bazar Ertəsi 22:25
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Haitinin ardınca Qvatemala da Yerin qəzəbinə tuş gəlib. Seysmoloqların təqribi hesablamalarına görə, yeraltı təkanlar "Rixter şkalası" ilə 6 bal gücündə qeydə alınıb. Yeraltı təkanlar qonşu Salvadorda da, hiss olunub. Hər iki ölkədə dağıntı və tələfatın hansı miqyasda olması barədə hələ ki, məlumat yoxdur.

Zəlzələ bu gün səhər Birləşmiş Ştatların Geoloji Xidməti tərəfindən də qeydə alınıb. Yeraltı təkanlar Qvatemala paytaxtında və ölkənin сənub - şərqində hiss olunub.

Qvatemala və Salvadorun mülki müdafiə xidmətlərindən verilən məlumata görə, hələ ki, yardıma ehtiyac duyulmur, lakin dağıntıların miqyası müəyyən edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar