Quraq keçən yaz və yay ayları Tatarıstanı məhsulsuz qoyub. Anomal istilər əkin sahələrinin demək olar ki, 98 faizini məhv edib. Belə ki, may ayından ölkəyə heç bir damcı belə yağış yağmayıb. Ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib və dəyən ziyanın miqdarı müyyənləşdirilir. Quraqlıq ilə bağlı yaradılmış xüsusi komissiyada hər bir rayona ayrılıqda baş çəkir və dəymiş ziyanı sənədləşdirir.
Ümumiyyətlə quraqlıqdan Tatarıstanın 23 rayonu əziyyət çəkir. Quraqlıq kənd təsərrüfatı ilə məşğul olanlarıda işsiz qoyub. İndi fermerlər dövlətdən yardım gözləyirlər. /ANS PRESS/