Quranın yandırılmasına etiraz edən 13 nəfər həlak olub
13 Sentyabr 2010 Bazar Ertəsi 20:05
Hindistanda on minlərlə insan etiraz aksiyası keçirib.
ABŞ-da müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin yandırılması xəbəri yayıldıqdan sonra Hindistanın Kəşmir və Pəncab şatatlarında böyük çaxnaşma yaranıb. Xəbəri eşidən on minlərlə müsəlman küçələrə axışaraq baş verənlərə etirazını bildirib. “Reuters” informasiya agentliyinin verdiyi məlumata görə, Kəşmirdə etirazçılar xristian məktəbini, Pəncabda isə kilsəni yandırıblar. Bundan əlavə aksiya iştirakçıları Barak Obamanın müqəvvasında da od vurublar.

“Associated Press” informasiya agentliyinin yaydığı məlumatda isə Kəşmirdə polis və etirazçılar arasında baş vermiş toqquşmalar zamanı 13 nəfər nümayişçinin həlak olduğu bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar