Quranı əlindən qoy və istefa ver
15 Oktyabr 2013 Çərşənbə Axşamı 06:58
ABŞ Allaha baş əyən şəxs tərəfindən idarə olunur.
Bir qrup amerikalı qeyri-adi tələblə ABŞ prezidenti Barak Obamanı istefaya səsləyib. CNN-nin xəbərinə görə, özlərini “Azadlıq keşikçiləri” (Freedom Watch) adlandıran qrup üzvləri Barak Obamanın müsəlman olmasına eyham vurublar.
Qrup adına mətbuasta açıqlama verən Larri Kleyman Obamanın rəhbərliyini qəbul etmədiklərini ifadə edib.
“Obama biz insanların prezidenti deyil. ABŞ Allaha baş əyən şəxs tərəfindən idarə olunur. Bu, xalqın prezidenti deyil. Obamadan əlindəki Quranı yerə qoymasını və istefa verməsini tələb edirik”.
Məlumata görə, aksiyaçılara senator Sarah Palin də dəstək verib.
“Xalqımız qorxaq olmadığını isbat etdi. Bizim də, ordumuzun, xalqımızın və veteranlarımızın “peşka” kimi istifadə olunduğu oyundan qorxmağa haqqımız yoxdur” – deyə Palin bildirib.
DOSTLARINLA PAYLAŞ: