Qüdsə dəstək fondu yaradıldı
27 Mart 2013 Çərşənbə 10:43
Fondun büdcəsi 1 milyard dollar təşkil edəcək.
Ərəb dövlətlərinin Birliyinin Sammitində Qüdsə dəstək məqsədilə fond yaradılması qərara alınıb. Fondun büdcəsi 1 milyard dollar təşkil edəcək. Fonddan şəhərin ərəb və islam xarakterinin qorunub saxlanılması ilə bağlı layihələr maliyyələşdiriləcək.

Bu barədə qərar birliyin Dohada keçirilən 24-cü sammitinin yekun bəyənnaməsində yer alıb. Fondun yaradılması təşəbbüsü ilə Qətər əmiri Həməd Ben-Xəlif Əl Tani çıxış edib. O, şəxsən özü fonda 250 milyon dollar köçürəcəyini bildirib.

Ərəb ölkələrinin nümayəndələri həmçinin ABŞ və Avropanı Fələstin dövlətini tanımağa, Qəzza sektorunu blokadadan azad etmək üçün isə dünya birliyini İsrailə təzyiq göstərməyə çağırıblar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar