Çeçenistan respublikasında ilk dəfə olaraq akvapark açılıb. Qudermesdə yerləşən istirahət mərkəzi 70 hektar ərazini əhatə edir. Əvvəllər səhralıq olan ərazidə 2 süni göl, 3 hovuz, uçaqlar üçün kiçik hovuz və 10-a yaxın su attraksionları var. Parkın açılışını edən prezident Ramzan Kadırov su attraksionlarının birində gəzib.
Qeyd edək ki, akvapark yerli ənənə və dini tələblərə uyğundur. Belə ki, kişi və qadınlar parkda ayrı-ayrı ərazilərdə istirahət edəcəklər.
İndi Qudermesdə kompleksin qış versiyasını da hazırlayırlar. Onun açılması isə yeni ilə planlaşdırılır.
Qeyd edək ki, istirahət mərkəzinə hər il 500 insanın gələcəyi planlaşdırılır. Açılış günü parka daxil olmaq pulsuz olub və hamıya əsasən də uşaqlara dondurma paylanılıb. /ANSPRESS/