Qubernator məsciddə qətlə yetirildi
08 Oktyabr 2010 Cümə 19:40
Qubernator məsciddə qətlə yetirildi. Hadisə Əfqanıstanda baş verib.
Əfqanıstanda cümə namazı zamanı məsciddə törədilən terror aktı nəticəsində Kunduz əyalətinin qubernatoru daxil olmaqla, 14 adam həlak olub. ANS PRESS-in BBC-yə istinadən yaydığı məlumata görə, hadisə qonşu Tahar əyalətində baş verib.
Tahar əyalətinin qubernatoru Abdul Cabbar Takva bildirib ki, məhz partlayışın hədəfi onun həmkarı Muhəmməd Omar olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: