Quantanamonun altı uyğur məhkumu ada dövlətinə ötürülüb
01 Noyabr 2009 Bazar 01:55
Onlar Sakit okeandakı Palaunun paytaxtı Kororda yaşayacaqlar
Birləşmiş Ştatlar Quantanamo həbsxanasında cəza çəkən altı uyğur türkünü Sakit okeandakı Palau ada dövlətinə ötürüb. Prosesi yaxından izləyən və adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Çin vətəndaşları artıq Palaudadırlar. Onlar ada dövlətinin paytaxtı Kororda yaşayacaqlar.
Çin hökuməti isə ABŞ-dan BMT Təhlükəsizlik Şurasının terrorçuluqla bağlı müvafiq qətnamələrinə əməl etməyi və uyğurları üçüncü ölkəyə ötürməməyi tələb edib.
ABŞ federal məhkəməsi 2008-ci ilin ayızında potensial təhlükə kəsb etməyən 17 uyğurun Quantanamodan azad edilməsi barədə qərar çıxartmışdı. Lakin Apellyasiya məhkəməsi bu qərarı dondurdu. Məhkəmə hesab edib ki, uyğurlar ABŞ ərazisində yaşaya bilməzlər. Onların həyatı üçün təhlükə mövcud olduğundan Çinə göndərilmələri də qeyri-mümkün hzesab edilib. O vaxtdan uyğun məhkumların aqibəti həll olunmamış qalmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar