Bu gün Amerikanın Quantanamo həbsxanasından dörd məhbus azad edilib. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, keçmiş dustaqlar Bermud adasına aparılıb.
Məlumatda bildirilir ki, onlar Çin Xalq Respublikası uyğurlarına aiddirlər.
ABŞ Federal Məhkəməsi 2008-ci ilin payızında 17 uyğurun azad edilməsi barədə qərar çıxarıb. Lakin appelyasiya məhkəməsi bu qərara qarşı çıxıb. Çünki onların ABŞ ərazisində qalmaq hüququ yoxdur. Çində isə onların həyatını təhlükə gözləyir. /ANS PRESS/