Quantanamoda saxlanılan "Əl-Qaidə" üzvü öldü
19 May 2011 Cümə Axşamı 15:13
“Əl-Qaidə” üzvünün özünə qəsd etdiyi bildirilir
Amerikanın Quantanamo hərbi bazasının həbsxanasında saxlanılan Əfqanıstandan olan məhbus vəfat edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ hərbi komandanlığının nümayəndələri onun özünə qəsd etdiyini hesab edirlər.

ABŞ hərbi komandanlığının bəyanatında bildirilir ki, 37 yaşlı məhbusu həbsxanada İnayətullah adlandırırdılar və o, “Əl-Qaidə” ilə əlaqədə ittiham olunurdu.

Bəyanatda deyilir ki, İnayətullah “Əl-Qaidə”nin terror əməliyyatlarının planlaşdırılması ilə məşğul olduğunu, həmçinin döyüşçülərin Əfqanıstan, İran, Pakistan və İraqdan göndərilməsi zamanı sənəd mübadiləsi, mənzil və nəqliyyat məsələlərini əlaqələndirdiyini etiraf edib.

O, 2007-ci ilin sentyabrından Quantanamo hərbi bazasında həbsdə olub. İnayətullah bu həbsxanada özünə qəsd edən səkkizinci dustaq olub.

Qeyd edək ki, hazırda xüsusi həbsxanada təqribən 170 nəfər saxlanılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar